Deputat: “Azərbaycanın Fransadakı səfiri geri çağrılmalıdır”

“Azərbaycanın xarici işlər naziri Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağrılmalıdır”.

Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, Fransa ilə bütün iqtisadi, siyasi münasibətlər birmənalı olaraq dayandırmalıdır.

Fransa Senatı noyabrın 18-də “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnamə layihəsini səsverməyə çıxarmaq qərarı qəbul edib. Bu barədə Sputnik Armeniya-nın Telegram kanalında məlumat verilib.

Layihəni Senatın beş ən böyük siyasi fraksiyasının rəhbərləri – Bruno Retalye, Patrik Kanne, Erve Marmel, Elian Assassi, Giy Qontar imzalayıblar.

Elə həmin gün Paris şəhər şurası da Qarabağı tanımağa çağırıb.