Çin ABŞ rəsmilərinə sanksiyalar tətbiq etdi

Çin ABŞ rəsmilərinə sanksiyalar tətbiq etdi
30 Noyabr 2020
Mətni dəyiş

Çin Amerika Birləşmiş Ştatlarının dörd rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

"Xinhua" agentliyinin verdiyi xəbərə görə, bunu noyabrın 30-da  Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin bildirib.

Sanksiyaya məruz qalan şəxslərin Çinin daxili bölgələrinə, həmçinin Honkonq və Makaoya səfər etmələri qadağan edilib.

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, ABŞ-ın Honkonqla əlaqələr qurmaqla beynəlxalq hüququ kobud şəkildə pozması və Çinin daxili işlərinə qarışması göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun