Britaniyanın da Fransa və Almaniya kimi qapanma təbdirlərini elan edəcəyi gözlənilir

Britaniyanın da Fransa və Almaniya kimi qapanma təbdirlərini elan edəcəyi gözlənilir
2 Noyabr 2020
Mətni dəyiş

Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmalar artdığı üçün ölkə boyu qapanmalar tətbiq etməklə bağlı artan çağırışlara müqavimət göstərib. O, ölkəni bir ildə iki dəfə bağlamağın “fəlakət” olacağını deyib. Lakin Britaniya lideri şənbə günü Fransa, Almaniya və Belçikadakı həmkarlarına qoşularaq ölkə boyu qapanma tədbirləri görməyə hazır olduğuna işarə edib.

Yeni qapanma məhdudiyyələri İngiltərədə gələn həftə tətbiq oluna bilər. Uels ötən həftə kilidlənmə elan edib, Sotlandiya liderləri isə növbəti bir neçə günün kilindlənmənin qarşısını almaq üçün mühüm olduğunu bildirib.

Britaniya baş naziri cümə günü kabinet üzvləri ilə görüşərək koronavirus yoluxmaların artması fonunda məhdudiyyətləri sərtləşdirməyi müzakirə edib.

Nazirlər bütün həftə boyu yeni qapanma ehtimalının az olduğunu bildiriblər və həftələrdir tətbiq etdikləri regional mərhələli strategiyanın işləyə biləcəyini deyiblər. “Biz düzgün tədbirləri gördüyümüzə əminik,” xarici işlər naziri Dominik Raab bildirib.

Britaniyanın baş naziri Boris Conson
Britaniyanın baş naziri Boris Conson

Boris Conson daha öncə ikinci ümummilli qapanmanın sonun bəlli olmayacağı ilə bağlı xəbərdar etsə də, hökumət daxilindən verilən “narathatedici məlumatlar” onun fikrini dəyişib.

İngiltərənin baş həkiminin müavini Conatan Van-Tam Consonu xəbərdarlıq edib ki, koronavirus nəzarətdən çıxır və xəstəxanalar dolmaq riski ilə üzləşir. Hökümətin əsas elmi məsləhət qrupu SAGE də nazirlərə pandemiya ilə bağlı xəbərdarlıq edib.

Bu arada isə Fransa prezidenti Emmanuel Makron həftənin ortalarında “əyləcə şiddətli şəkildə basmalı olduğunu” deyib və sosial toplantılara qadağa tətbiq etdiyini, restoran və barların bağlandığını, vacib olmayan səfərlərin təxirə salındığını, vətəndaşların evlərini yalnız iş və tibbi yardım üçün tərk edə biləcəklərini elan edib. “Virus ən pessimist proqnozların belə təxmin etdiyindən daha sürətli şəkildə yayılır,” o deyib.

Almaniya kansleri Angela Merkel çərşənbə günü qapanmanın noyabrın 2-da qüvvəyə minəcəyini və noyabrın 3-dək davam edəcəyini bildirib. O, restoran və barların yalnız çatdırılma xidməti təklif edə biləccəklərini bildirib. Bazar ertəsindən başlayaraq bütün teatrlar, idman zalları, hovuzlar və kinoteatrlar bağlı olacaq.

Merkel Almaniyanın səhiyyə sisteminin hələ ki, hazırkı yoluxmaların “öhdəsindən gələ biləcəyini” deyib, amma yoluxmalar bu sürətlə davam etdə bir neçə həftə ərzində xəstəxanaların dolacağını vurğulayıb.

İtaliya hələ ki, rəsmi olaraq ümummilli qapanma elan etməkdən yayına bilib, ancaq ölkədə pandemiya qaydaları sərtləşdirilib. Bu isə Milan, Turin, Napoli və Romada şiddətli etirazlara səbəb olub.

Avropa İttifaqı liderləri cümə axşamı bu ilin əvvəlində olduğu kimi sərhədlərin baölanmasının qarşısını almaq üçün qapanmalarla bağlı əməkdaşlıq edəcəklərinə söz veriblər.

Aİ xəstəxanaların dolmasının qarşısını almaq üçün COVID-19 pasientlərinin ittifaq daxilində başqa xəstəxanalara yerləşdirilməsini maliyyələşdirmək üçün 257 milyon dollar ayırıb. Ümumdünya Səhiyyə Təşkilatı hazırda 10 milyondan çox avropalının virusa yoluxduğunu təxmin edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun