Boris Conson millət vəkillərini yeni məhdudiyyətləri dəstəkləməyə çağırıb

Boris Conson millət vəkillərini yeni məhdudiyyətləri dəstəkləməyə çağırıb
30 Noyabr 2020
Mətni dəyiş

İngiltərə baş naziri Boris Conson millət vəkillərini koronavirus peyvəndi təsdiqlənmədən və paylanmadan ölkə xəstəxanalarının hədsiz dərəcədə saxlaşmaması üçün yeni məhdudiyyətləri dəstəkləməyə çağırıb.

Mövcud qaydalar çərşənbə axşamı bitdikdən sonra yeni məhdudiyyətlər ölkənin 99% -ni əhatə və təxminən bir ay davam edəcək.

Consonun öz Mühafizəkarlar Partiyasının daha çox üzvü bu tədbirlərə qarşı çıxır.

Şənbə günü London polisi məhdudiyyətlər və peyvənd əleyhinə nümayişləri dağıdaraq, 150-dən çox insanı həbs edib.

Hökumət ilk dozalarının dekabrın 7-nə qədər İngiltərə xəstəxanalarına veriləcək peyvəndin və kütləvi testlərin məhdudiyyətlərə olan ehtiyacı aradan qaldıracağına ümid edir.

John Hopkins Universitetinin verdiyi məlumata görə, Avropada ən ağır COVID-19 epidemiyasına məruz qalan ölkə İngiltərədir. Bu ölkədə virusdan 57 000-dən çox insan ölüb.

Parlament çərşənbə axşamı Consonun yeni məhdudiyyətlərinə səs verəcək.

Cənubi Koreya koronavirusla mübarizədə dünyanın uğurlu ölkələrindən biri olub, lakin son dövrlərdə yoluxma halları ölkəni il sonu əyləncələrini, eləcə də mahnı oxumaq və nəfəs alətləri musiqisi dərslərini qadağan etməyə məcbur edib. Cənubi Koreya saunaları, buxar otaqları və bəzi kafeləri də bağlayır.

Johns Hopkins-nin məlumatına görə, dünyada 62 milyondan çox insan koronavirusa yoluxub.

ABŞ-da 13 milyondan çox COVID-19 infeksiyası var və bu, digər ölkələrdən daha çoxdur. Daha sonra 9 milyondan çox xəstə ilə Hindistan, 6 milyon xəstəilə Braziliya gəlir.

Dünyada təxminən 1,5 milyon insan virusdan ölüb.

ABŞ 266 000-dən çox ölümlə siyahıda birinci yeri tutur. Daha sonra 172 000-dən çox ölümlə Braziliya, təxminən 137 000 ölümlə Hindistan gəlir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun