Başqalarına yardım edərkən özünü ölümə atan Niftalının anası: "Qəbrinə getmirəm, öldüyünə inanmıram"

Başqalarına yardım edərkən özünü ölümə atan Niftalının anası: "Qəbrinə getmirəm, öldüyünə inanmıram"
25 Noyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/iwfGjTPuG8g[/embed]

Bərdənin mərkəzindəki bir bankın qarşısında asfalt örtükdə sıçramış qan izləri var.

Bu izlər Şəhərin mərkəzinə atılmış raket zərbəsi zamanı bir neçə nəfərə kömək etmiş Niftalıya aiddir.

25 yaşlı Niftalı Paşayevin oktyabrın 28-də baş vermiş hadisədə həyatını itirib.

Oktyabrın 28-də Bərdənin mərkəzinə erməni silahlıları tərəfindən atılan raket 20-dən çox insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Azərbaycan hökuməti və beynəlxlaq insan hüquqları təşkilatları Bərdəyə atılan mərminin beynəlalq hüquqla qadağan edilən kasetli sursat olduğunu bildirir.

Yaxınları deyir ki, Niftalı qəlpə yarası adıqdan sonra 9 gün komada qalıb, daha sonra onun ölüm xəbəri gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun