Azərbaycanın qələbəsi ilə baqlı geydlər

Azərbaycan cəmiyyətində Qarabağdakı 44 günlük müharibənin nəticələri müzakirə olunur. Bəziləri Azərbaycanın qeyd-şərtsiz qələbəsindən danışır, digərləri isə ölkənin mərkəzində ermənilərin nəzarətində qalan torpaq olduğunu göstərir və qələbəni yarımçıq adlandırırlar.

“Axrar” Partiyasının sədri və hüquqşünas Vaqif Hacıbəyli hesab edir ki, Azərbaycan öz yurisdiksiyasını bütün Dağlıq Qarabağ üzərində qurana qədər qələbəni qeyd etmək tezdir. O, Turan-la söhbətində bildirib ki, noyabrın 10-dan hərbi əməliyyatların dayandırılması haqqında saziş Azərbaycanın maraqlarına uyğun deyil.

-Siz hesab edirsiniz ki, biz hələ ki qalib gəlmədik? Müharibədə məqsədlərimizə nail ola bilmədik?

– Xeyr. İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın məqsədi ölkənin bütün ərazisində dövlət suverenliyinin bərqərar edilməsidir. Lakin Putinin dediyinə görə. razılaşmaya əsasən Daglıq Qarabagda ststus-kvo, yəni tanınmamış müstəqil dövlət statusu saxlanılır. Bu halda, həmin ərazidə bizim dövlət suverenliyimizin bərpasından danışmaq öz – özümüzü aldatmaqdan başqa bir şey olmazdı.

– 10 noyabr razılaşmasına əsasən erməni hərbi birləşmələri Daglıq Qarabagı tərk edəcəklərmi?

Vaqif Hacıbəyli – Etməyəcəklər. Onların ordusu faktiki məhv edilmişdi. İndi onlar bəyan edirlər ki, yeni müasir “Daglıq Qarabag” ordusunu quracaqlar. İndiki halda, bunun qarşısını həm hərbi, həm də diplomatik yolla almaq imkanımız çox zəifdir. Çünki, indi Rusiya legitim şəkildə onları müdafiə edir və edəcək.

– Rusiya sülhməramlılarının Azərbaycana dəvət edilməsinə imkan verən 10 noyabr bəyanatının hüquqi əsasları varmı?

– Yoxdur. Biz Milli Məclisdə bu bəyanata hüquqi don geyindirən hər hansı sənəd qəbul etsək bu əsl xəyanət olacaq. Mən əminəm ki, 10 noyabr bəyanatı Ermənistanın xahişi və Rusiyanın bizə güc tətbiq etmək hədəsi nəticəsində qəbul olunub. Gec -tez bütün bu həqiqətlər bilinəcək və bu halda beynəlxalq aləmin təsiri ilə Rusiyanın Azərbaycanın bir hissəsini işgal etməsi faktına müvafiq siyasi və hüquqi qiymət verilə bilər ki, bu halda işgalçı ən azı həddini aşmaqdan çəkinər. İndiki hada isə, bizim iqtidarlı – müxalifətli susqunlugumuzdan və siyasi maymaqlıgımızdan istifadə edən Rusiya 10 noyabr razılaşmasından daha da irəliyə gedib, işgalı daha da dərinləşdirir.

– Azərbaycanlı qaçqınlar Xankəndinə və faktiki ermənilərin idarəçiliyində olan digər şəhərlərə qayıda biləcəklərmi?

– 10 noyabr bəyanatına əsasən qayıtmalıdırlar. Lakin indi görünən budur ki, bu müddüa kagız üzərində qalacaq. Faktiki bu ərazilərimiz Rusiya tərəfindən legitim şəkildə işgal edilib və bunun belə oldugunu Türkiyə müşahidəçilərinin Xankəndinə daxil olmasına imkan verilməməsi faktı təsdiq edir. Bizim Xankəndi şəhərindən qaçqın düşən 17 min soydaşımızdan heç biri oraya qaylda bilmədiyi halda, artıq 9 min erməni qaçqını bu günədək Xankəndinə qayıdıb.

Biz bu mərhələdə ərazi bütövlüyümüzü təmin edə bilmədik. Bu faktdır. Halbuki müharibə dövründə verilən açıqlamalarında İlham Əliyev dəfələrlə deyib ki, bizim məqsədimiz axıradək getmək, erməni hərbi birləşmələrini ərazimizdən iti qovan kimi qovmaq və bütün ərazilərimizdə dövlətin suverenliyini təmin etməkdir. Nəinki bizi, heç Türkiyənin hərbi müşahidəçilərini də Xankəndinə, yaxud Laçın koridoruna belə yaxın buraxmırlarsa, ərazi bütövlüyümüzün təmin edilməsindən danışmaq öz – özünü aldatmaqdan başqa bir şey deyil. Bir var ki, kimsə rəsmi təbligata inanıb vicdanlı şəkildə yanılır, belə adamları başa düşmək olar. Amma hər şeyin göz qabagında oldugu halda, faktları təhrif edib insanları çaşdırmaq saglam mövqe deyil.