Almaniyada ordudan qovulan geylərə kompensasiya ödəniləcək

Almaniyada ordudan qovulan geylərə kompensasiya ödəniləcək
27 Noyabr 2020
Mətni dəyiş
Almaniyada cinsi oriyentasiyasına görə, ayrı-seçkiliyə məruz qalan və ordudan uzaqlaşdırılan geylərlə lezbiyanlara pul kompensasiyaları veriləcək, üstəlik reabilitasiyadan keçmələrinə şərait yaradılacaq.
"Deutsche Welle"-nin noyabrın 26-da verdiyi xəbərə görə bu barədə Almaniya hökuməti qanun layihəsi qəbul edib.
Qərara uyğun olaraq, hər bir zərərçəkənə 3000 avro miqdarında kompensasiya ödəniləcəyi bildirilib.
Hökumət rəsmisi Martin Fits məsələ ilə əlaqədar açıqlama verərkən deyib ki, əvvəllər qeyri-ənənəvi oriyentasiyanın "ordu intizamına zərbə vurduğu" hesab edilirdi. "Bu günün baxış bucağından isə belə ayrı-seçkilik insan hüquqlarıyla ziddiyyət təşkil edir", - Fits deyib.
Almaniya müdafiə nazirliyi layihə çərçivəsində orduda nə vaxtsa seksual zorakılığa məruz qalan minlərlə insanın reabilitasiyadan keçəcəyini və pul kompensasiyası alacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun