ABŞ prezidentlərinin icra əmrləri və onların tarixçəsi

ABŞ prezidentlərinin icra əmrləri və onların tarixçəsi
25 Noyabr 2020
Mətni dəyiş

ABŞ prezidentləri icra əmrləri, bəyannamələr və ya memorandumlar verərək Konqres və qanunverici prosesdən ötərək tez-tez dövlət siyasətini dəyişir.

Tramp 2017-ci ilin yanvar ayında verdiyi sərəncamla terrorizm mərkəzləri olduğu dediyi əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən mühacirəti müvəqqəti olaraq məhdudlaşdırmışdı. Bu addım geniş şəkildə tənqid olunaraq, tez bir zamanda məhkəmələr tərəfindən bloklanmış və bu, hüquqi qarşıdurmalara gətirib çıxarmışdı.

Bir müddət sonra mühacirət qadağası məhdud şəkildə qüvvədə qalsa da, onun yanvarın 20-də prezident vəzifəsinə and içəcək Co Bayden tərəfindən ləğv ediləcəyi güman edilir.

"Demək olar ki, istənilən sərəncam sonrakı sərəncamla ləğv edilə bilər. Ona görə də Co Baydenin icra sərəncamları ilə silahlanmış halda işinə başlayacağına əmin ola bilərik" - deyə, Amerika prezidentlik layihəsinin nümayəndəsi Con Vuli bildirib.

İlk prezident Corc Vaşinqton hökumət idarələrinə təlimat verərək, icra əmrləri adlandırılan ilk sərəncamı vermişdi.

Abraham Linkoln daha sonra Vətəndaş müharibəsi dövründə iki ayrı icra sərəncamından ibarət olan azadlıq bəyanatı ilə qulları azad etmişdi.

Franklin Ruzvelt bütün prezidentlərdən daha çox - 3700-dən çox icra əmri imzalamışdı.

Birtərəfli qaydada fəaliyyət səlahiyyəti Konstitusiyada göstərilməyib. Orada yalnız prezidentin icra hakimiyyətinə rəhbərlik etdiyi deyilir.

"Bunlar icraedici hakimiyyətin Konstitusiyada təsbit edilmiş geniş səlahiyyətlərinin təbii icra edilməsi olduğu üçün yaranıb" - deyə, Viskonsin universitetindən Kennet Mayer qeyd edib.

Franklin Ruzveltin daha sonra geniş tənqid olunan sərəncamlarından biri İkinci Dünya Müharibəsi dövründə yaponiyalı amerikalıların düşərgələrdə salınmasını nəzərdə tuturdu.

Tramp da həmçinikn mübahisəli siyasət dəyişikliklərini həyata keçirmək üçün icraçı səlahiyyətlərindən istifadə edib, Konqresi ötərək, iqlim razılaşması olan Paris Sazişindən çıxdı.

"Hakimiyyət bölgüsü, konstitusiyaya dair suallar indi hər gün manşetlərdədir" - deyə, Kim Vehle qeyd edib.

Tramp hakimiyyətə gəldiyi ilk ildə cənub sərhədində divarın inşasının sanksiyalaşdırılması da daxil olmaqla, 55 sərəncam verdi.

Bəzən hakimiyyətin qolları birlikdə işləyib. Ali Məhkəmə tarixi bir qərarla və Prezident Duayt Eyzenhauerin icraçı səlahiyyətləri vasitəsilə 1950-ci illərdə məktəblər inteqrasiya olunmuşdu.

Ancaq bəzən prezidentlər təkbaşına hərəkət edərək, hakimiyyətin digər qolları ilə qarşıdurmaya səbəb olurlar. Harri Truman Koreya müharibəsi dövründə poladtökmə zavodlarını milliləşdirdi.

“Bu, həqiqətən, müharibə şəraitində özəl sənayeni ələ keçirmə cəhdi idi. Məhkəmə bunun normal olmadığını bildirmişdi. Əlbəttə ki, bu, tamamilə fərqli bir məhkəmə idi" - deyə, Kim Vehle qeyd edib.

Tramp prezidentlik dövrünün son iki ayında səlahiyyətlərindən istifadə edərək hökumətdə iz buraxmaq üçün sadiq adamlarını əsas vəzifələrə təyin edib və hökumət fərmanları verib.

"Tramp administrasiyası tərəfindən müşahidə edəcəyimiz şeylərdən biri növbəti iki ay ərzində vəziyyəti möhkəmləndirmək üçün normativ sənədlər hazırlamaq olacaq ki, bu da ləngimələrə səbəb olacaq" - deyə, Amerika prezidentlik layihəsinin nümayəndəsi Con Vuli bildirib.

Baydenin kursu dəyişdirmək səylərini yavaşıdır, lakin dayandırmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun