Əfqanıstanda birinci vitse-prezidentə hücum: 10 nəfər öüb, 16 nəfər yaralanıb

Əfqanıstanda birinci vitse-prezidentə hücum: 10 nəfər öüb, 16 nəfər yaralanıb
2 Noyabr 2020
Mətni dəyiş

Əfqanıstanın paytaxtı Kabulda, universitetin yaxınlığında birinci vitse-prezident Əmrullah Salehin avtomobil karvanına hücum nticəsində törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” “tolonews”yə istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Bildirilib ki, partlayış nəticəsində Salehin dəftərxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və cangüdəni də yaralanıb. Birinci vitse-prezident xəsarət almayıb.

Partlayışın məsuliyyətini “Taliban” da daxil olmaqla heç bir silahlı qruplaşma üzərinə götürməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun