Vitse-prezident Pensin aparatının rəhbərinin koronavirus testi müsbət çıxıb

Vitse-prezident Pensin aparatının rəhbərinin koronavirus testi müsbət çıxıb
26 Oktyabr 2020
Mətni dəyiş

ABŞ-ın vitse-prezidenti Mayk Pensin yaxın köməkçisinin COVID-19 testi müsbət nəticə verib. Bu barədə vitse-prezidentin ofisinin sözçüsü bildirib.

"Bu gün vitse-prezidentin aparatının rəhbəri Mark Şortun COVID-19 testi müsbət nəticələnib, o, karantinə başlayıb və təmasların izlənməsi prosesinə kömək edir", Devin O'Malli deyib. O, vitse-prezident Pens və onun həyat yoldaşı Karenin şənbə günü testlərinin mənfi nəticə verdiyini deyib və onların sağlamlıq durumunun yaxşı olduğunu əlavə edib.

O'Mallinin bildirdiyinə görə, Pens “əsas personal üçün cədvəlini CDC (ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri-red.) təlimatlarına uyğun olaraq davam etdirəcək”. Vitse-prezident bazar günü Şimali Karolinada kampaniya tədbirində çıxış edəcək. Prezident Donald Tramp ABŞ-ın üç ştatında kampaniya mitinqlərindən sonra şənbə günü axşam Vaşinqtona qayıdarkən Şorta haqda verilən suala cavabında bildirib: “Bu haqda indi eşitdim. Düşünürəm ki, o, karantinə alınıb. Mən bu barədə eşitmişəm. O düzələcək. Amma indi karantindədir.”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun