Vaşinqton görüşü: "Diplomatik vəziyyət gərgindir"

Vaşinqton görüşü: "Diplomatik vəziyyət gərgindir"
23 Oktyabr 2020
Mətni dəyiş

ABŞ-ın dövlət katibi Mayk Pompeo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyla görüşüb.

Bu barədə Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, dövlət katibi XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüşüb. Görüşlər zamanı mülki şəxslərin qorunmasının vacibliyi vurğulanıb.

Görüşdən sonra Pompeo bildirib ki, diplomatik vəziyyət gərgindir: "Bizim mövqeyimiz az qala hər bir Avropa ölkəsinin tutduğu mövqe kimidir. Biz onlara demişik ki, deeskalasiya olmalıdır və bütün ölkələr bu münaqişədən aralı durmalı, münaqişəni qızışdırmamalı, tərəflərə silah sistemləri və dəstək verməməlidir”.

Pompeo deyib ki, yalnız belə mövqe şəraitində gərginliyin azaldılmasına nail olmaq olar.

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumat yayıb.

Məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb.

Habelə vurğulandığına görə, o, Ermənistan tərəfinin destruktriv siyasəti, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması barədə ətraflı məlumat verib.

Təkbətək görüşlərdən sonra diplomatların üçtərəfli görüşü gözlənilsə də, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri bu formatda görüş istəmədiklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun