ÜST bir həftə ərzində dünyada COVID-19-a 3 milyon yeni yoluxma halı haqda məlumat verir

ÜST bir həftə ərzində dünyada COVID-19-a 3 milyon yeni yoluxma halı haqda məlumat verir
29 Oktyabr 2020
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatı çərşənbə axşamı da daxil olmaqla, son 7 gün ərzində dünyada COVID-19-a 2.8 milyon yeni yoluxma halı və 40 min ölüm halının qeydə alındığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Səhiyyə Təşkilatı yeni yoluxma hallarının böyük hissəsinin bir-birinin ardınca ikinci həftədir Avropanın payına düşdüyünü bildirib. Belə ki, keçən həftə ilə müqayisədə yoluxanların sayı 33 faiz artaraq, 1,3 milyondan çox olub.

Rəqəmlər həmçinin Amerika qitəsi, Aralıq Dənizinin Şərqi və Afrika bölgələrində də yoluxma hallarının artdığını, Cənub-Şərqi Asiyada isə azalmağa davam etdiyini göstərir. Qərbi Sakit Okean bölgəsində də son yeddi gün ərzində yeni yoluxma və ölüm hallarında nisbətən azalma müşahidə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı son bir həftədə yoluxma hallarının ən çox əvvəlki üç həftədə olduğu kimi Hindistan, ABŞ, Fransa, Braziliya və Britaniyada olduğunu bildirib.

Virus öz təsirini BMT-nin Nyu-Yorkdakı baş qərargahındakı əməliyyatlarına da göstərib. Nigerin dünya qurumundakı missiyasında beş işçisinin COVID-19 testinin müsbət çıxmasından sonra Baş Assambleyanın sədri Volkan Bozkir çərşənbə axşamı bütün şəxsi görüşləri təxirə salıb.

Con Hokins Koronavirus Araşdırmaları mərkəzinin bildirdiyinə görə, ABŞ-da ötən həftə ərzində rekord 502 828 koronavurusa yoluxma halı qeyd edilib. Bu, orta hesabla yeni 70000 yoluxma halı deməkdir. Bundan əvvəlki 481 min 519 rekord yoluxma halı oktyabrın 24-də bitən həftə ərzində qeydə alınmışdı.

ABŞ-da COVID-19-un ən çox yayıldığı bölgələrdən biri orta qərb bölgəsi, qubernator J.B.Pitzerin xüsusilə də ölkənin üçüncü böyük şəhəri Çikaqo şəhəri də daxil olmaqla, yeni məhdudiyyətlər tətbiq etdiyi İllinoys ştatıdır. Çərşənbə axşamı qubernator cümə günü gecə yarısından etibarən bar və restoranlarda daxili xidmətlərin qadağan olunduğunu elan edib.

ABŞ COVID-19-dan təxminən 226,700 ölüm halı da daxil olmaqla, 8.7 milyondan çox yoluxma halı ilə dünya ölkələri arasında birinci yerdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun