Türkiyə MN: Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir

Türkiyə MN: Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir
17 Oktyabr 2020
Mətni dəyiş

“Cəbhə xəttində Qəhrəman Azərbaycan Ordusunun önündən qaçan Ermənistan bir daha namərdcə və qorxaqca Gəncədə yaşayış məntəqəsini raketlə vurdu”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində yazılıb.

“Qardaş Azərbaycan bu alçaqlğa cavabı cəbhədə verir. Ermənistan ordusu çox böyük çarəsizlik içindədir və hər gün yeni bir insanlıq cinayəti törədirlər. Bu qətliamlara baxmayaraq, susanlar da tarixin ləkəli səhifələrində yerini alacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyirik”, - qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun