Son sutkada 1 095 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada 1 095 yeni yoluxma faktı qeydə alınıb
31 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 55 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 43 min 543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 996 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 352 min 907 test aparılıb. Bugünkü test sayı isə 11 441-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun