Rassel Krou: "BMT qətnamələri kağız parçası deyil"

Rassel Krou: "BMT qətnamələri kağız parçası deyil"
23 Oktyabr 2020
Mətni dəyiş

Məşhur Hollivud ulduzu Rassel Krou Qarabağda gedən müharibədən yazıb. Amerikalı aktyor bu barədə "Instagram" hesabında paylaşıb.

Rassel Krou türk aktyorlar Cem Yılmaz, Yılmaz Erdoğan və digərləriylə birgə çəkdirdiyi şəkli paylaşaraq siyasətçilərə çağırış edib:

"Mən 30 il əvvəl olduğu kimi bu gün də müharibəyə qarşıyam. Siyasətçilər başa düşməlidirlər ki, BMT qətnamələri kağız parçası deyil".

Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamə (822, 853, 874 və 884) erməni hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından tam və qeyri-şərtsiz çıxmasını tələb edir.

Rassel Krou "Qladiator", "Ağıl oyunları", "Nokdaun", "Los Ancelesin sirləri" və digər populyar filmlərdə baş rolları ifa edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun