Rabitə Nazirliyi saxta SMS-lərlə bağlı əhaliyə xəbərdarlıq edir

Rabitə Nazirliyi saxta SMS-lərlə bağlı əhaliyə xəbərdarlıq edir
19 Oktyabr 2020
Mətni dəyiş

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xarici nömrələrdən göndərilən SMS-lərlə bağlı əhalini xəbərdarlıq edib.

Belə ki, saxta xarici nömrələrdən vətəndaşlara mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə çağırışlar edilir.

“Bu məlumatlarda məqsəd əhali arasında qorxu və təşviş yaratmaqdır”, - məlumatda deyilir.

“Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər”, - nazirliyin məlumatında bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun