Rəsmi: Qarabağda ölən erməni əsgərlərin sayı 1000-i keçdi

Ermənistanda Qarabağ döyüşlərində həlak olan erməni hərbçilərinin növbəti siyahısı açıqlanıb. 
Ermənistan Müdafiə Nazirliyi rəsmi surətdə bəyan edib ki, 27 oktyabrda daha 35 əsgər həlak olub.
Beləliklə, Qarabağda 27 sentyabrdan bəri davam edən hərbi əməliyyatlar zamanı Ermənistan rəsmi olaraq 1009 əsgərini itirdiyini təsdiq edib.
Bəzi müstəqil ekspertlər həlak olan əsgərlərin sayının rəsmi statistikada göstəriləndən qat-qat artıq olduğunu iddia edirlər.