Qubadlı sakini: "Hələ də inanmıram ki, qayıdacağıq o yerlərə"

Qubadlı sakini: "Hələ də inanmıram ki, qayıdacağıq o yerlərə"
27 Oktyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/OEi4Ln4-450[/embed]

Hazırda Mingəçevirdə yaşayan, əslən Qubadlı rayonunun Xəndək kəndindən olan Məmmədovlar ailəsi rayonlarının azad edilmiş əraziləri barədə xəbəri çox həyəcanla dinləyiblər.

62 yaşlı Qafar Məmmədov danışır ki, 35 yaşı olanda Qubadlı-Laçın zonasında gedən döyüşlərdə vuruşub, həyat yoldaşı azyaşlı uşaqları ilə oranı tərk etdikdən sonra o da ailəsinə qoşulmalı olub.

Məmmədovlar ailəsi kəndləri barədə xatirələrini danışır, oranın da işğaldan azad olunacağı günü gözləyir.

Qafar Məmmədov söyləyir ki, internet vasitəsilə kəndlərinə və oradakı evlərinə baxırlar. Onlar Xəndək kəndinə köçmək və bundan sonrakı həyatlarını orada keçirmək arzusundadırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun