Qırğızıstanda jurnalistlər təhlükə ilə üzləşdiklərini deyirlər

Qırğızıstanda jurnalistlər təhlükə ilə üzləşdiklərini deyirlər
22 Oktyabr 2020
Mətni dəyiş

Parlament seçkilərindən sonra Qırğızıstanda jurnalistlərin fəaliyyəti təhlükə altına düşüb. 

Bu barədə "24.kg” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 4-də Qırğızıstanda keçirilən seçki prosesinin işıqlandırılması zamanı yerli KİV nümayəndələri hüquq-mühafizə orqanlarının maneəsi ilə üzləşib.

Bildirilir ki, jurnalistlərin seçki məntəqələrinə daxil olmasının qarşısı alınıb. Oktyabrın 5-də keçirilən mitinq zamanı isə onların telefonları əllərindən alınıb.

İndiyə qədər jurnalistlərə qarşı 20 hüquq pozuntusu qeydə alınsa da, aidiyyatı orqanlar heç bir iş görməyiblər.

Beynəlxalq təşkilatlar mövcud vəziyyətdən narahatlıqlarını ifadə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun