Qırğızıstan Prezidentinə qarşı impiçment proseduru başladıldı

Qırğızıstan Prezidentinə qarşı impiçment proseduru başladıldı
8 Oktyabr 2020
Mətni dəyiş

Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə müxalif “Ata-Meken” partiyasından olan deputat Kanıbek İmanəliyev bildirib.

“Deputatların bir qismi impiçmenti imzalayıblar. Bu, çox mürəkkəb prosedurdur, amma onun başladığını demək olar”, - o deyib.

Buna qədər Bişkekdə parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstan Prezidentinin impiçmentini tələb etmişdi.

Qeyd edək ki, ölkədə davam edən etiraz aksiyaları fonunda artıq Baş Nazir, parlament spikeri, dörd vilayətin qubernatoru, Bişkek meri və bir sıra digər məmurlar istefa verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun