Qırğızıstan prezidenti parlamentdən baş nazir vəzifəsinə yenidən səs verməsini istəyib

Qırğızıstan prezidenti Orta Asiya ölkəsindəki iğtişaşlardan və müttəfiqi Rusiyanın yüksək vəzifəli rəsmisi ilə müzakirələrdən sonra çərşənbə axşamı parlamentdən baş nazir vəzifəsinə yenidən səs verməsini istəyib.

Səsvermə uğursuz olsa, strateji cəhətdən yerləşdiyi bölgə, Çinlə də sıx əlaqə və Kanadaya məxsus böyük qızıl mədəni olan ölkədə siyasi böhran daha da dərinləşə bilər.

Prezident Sooronbay Jeenbekovun ofisi Rusiya prezidenti Vladimir Putinin Kreml administrasiyası rəhbərinin müavini Dmitri Kozakın bazar ertəsi Qırğızıstanda olduğunu bildirsə də, danışıqların təfərrüatı barədə məlumat verməyib.

Parlament tərəfindən baş nazir seçilən, lakin hələ Jeenbekov tərəfindən təsdiqlənməyən millətçi siyasətçi Sadır Japarovun da iclasa qatıldığı bildirilıb.

Keçən həftə Qırğızıstan parlamenti iğtişaşlar zamanı tərəfdarları tərəfindən həbsxanadan azad edilən Japarovun baş nazir vəzifəsinə təyin edilməsinə səs verib. Lakin Jeenbekov təyinatı təsdiqləməyincə Japarov vəzifəsinin icrasına başlaya bilməz.

Ayrı bir açıqlamaslnda isə Jeenbekovun ofisi prezidentin Japarovla təkbətək görüşdüyünü və ona bəzi parlament üzvləri və fəalların şənbə günü keçirilən səsverməni qanunsuz olduğunu deyərək, tənqid etməsindən sonra parlamentdən yenidən səs verməsini istədiyini deyib.

ABŞ-ın Bişkekdəki səfirliyi də qanunsuz olduğunu deyərək, şənbə günü keçirilən səsverməni tənqid edib.

“Demokratik prosesə mane olan məqamlardan biri mütəşəkkil cinayətkar qrupların siyasətə və seçkilərə təsir göstərmək cəhdidir” – deyə, Jeenbekovu və digər oyunçuları qanunun aliliyinə riayət etməyə çağıran bəyanatda bildirilib.

Rusiyaya məxsus hərbi hava bazasının yerləşdiyi və 6,5 milyon əhalisi olan bu keçmiş Sovet respublikası Moskva ilə sıx iqtisadi əlaqələrə malikdir.