Qarabağda döyüşə gedən erməni keçmiş deputat öldürülüb

Qarabağda döyüşə gedən erməni keçmiş deputat öldürülüb
23 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatlarında Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan öldürülüb. 

Bu barədə keçmiş deputatın qızı Ermine Matevosyan 'Facebook' hesabında məlumat paylaşıb: "Ömrünü azad və xoşbəxt bir Ermənistan qurmağa həsr edən atam Ermənistan üçün öldü ..."

Məlumata görə, David Matevosyan bir müddət əvvəl könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Dağlıq Qarabağa getmişdi.

David Matevosyan 1995-1999-cu illərdə Ermənistan parlamentinin deputatı olub. Bundan əvvəl, 1991-1995-ci illərdə isə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. O, birinci Qarabağ müharibəsinin də iştikaçısı olub.

D.Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın köməkçilərindən biri olub. O, 2008-ci il prezident seçkilərində namizəd olan Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz olaraq mitinqlərdə iştirak edib və 3 il müddətinə azadlıqdan məhrum olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun