Putin Moskvanın Qarabağda Ermənistanı dəstəkləməyəcəyinə eyham vurdu

Putin Moskvanın Qarabağda Ermənistanı dəstəkləməyəcəyinə eyham vurdu
23 Oktyabr 2020
Mətni dəyiş

“Azərbaycan əraziləri uzun illər yadlaşdırıldı və bu əbədi davam edə bilməzdi. Uzun illər müxtəlif variantlar təklif edilmişdi və bir neçə dəfə həll yoluna yaxın idik, lakin heç bir nəticə alınmadı”, deyə Putin bildirib.

 "Rusiya, Ermənistan və Azərbaycan bərabərhüquqlu tərəfdaşdırlar, bizim üçün insanların orada ölməsi faciədir" dedi. Onun sözlərinə görə, hər iki tərəfdən yeni bir qarşıdurmanın başladığı gündən bəri ölənlərin sayı 5 minə yaxındır.

 Putin hər gün İlham Əliyev və Nikol Paşinyanla danışdığını da söyləyibi. Türkiyənin Qarabağla bağlı mövqeyinə gəlincə, Putinə görə, mövqelər hər şeydə üst-üstə düşmür, ancaq Ərdoğanla işləmək xoşdur. Putin Ərdoğanın  müstəqil olduğunu və onun  xarici təzyiqlərə baxmayaraq qərarlar verdiyini söyləyib.

   Bir sıra rusiyalı ekspertlər Putinin bu qiymətləndirmələrini Ermənistan üçün pis bir siqnal olduğunu, Moskvanın hərbi münaqişəyə müdaxilə etməyəcəyinin təsdiqlənməsi və müharibənin Azərbaycan ərazisində getdiyini və bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyini təsdiqi kimi qiymətləndiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun