Putin Erdoğana başsağlığı verib

Putin Erdoğana başsağlığı verib
31 Oktyabr 2020
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin oktyabrın 30-da özünün türkiyəli həmkarı Recep Tayyip Erdoğana İzmir vilayətində baş vermis zəlzələdə həlak olanlara görə başsağlığı verib.

Putinin Erdoğana məktubunda deyilir:

“Mən xəsarət alanların tez bir zamanda sağalmasına ümid edir və ölənlərin ailələrinə başsağlığımı bildirirəm”.

Anadolu agentliyinin yazdığına görə oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6.6 bal gücündə zəlzələ olub.

Bu da xəbər verilir ki, silkələnmələr Egey dənizi hövzəsində, 16.5 kilometr dərinlikdə qeydə alınıb.

İzmir böyüklüyünə görə Türkiyənin üçüncü şəhəridir.

Türkiyədən alınan rəsmi xəbələrdə deyilir ki, zəlzələ nəticəsində 12 nəfər həlak olub və 400 nəfər xəsarət alıb.

Xilasedicilər zəlzələ nəticəsində dağılmış 12 binada işləyirlıər.

İzmir qubernatoru Yavuz Selim Köşger deyib ki, 4 bina tamamilə dağlıb və onların xarabalıqlarından 70 nəfər xilas edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun