Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"

Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"
29 Oktyabr 2020
Mətni dəyiş

“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

Bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:

“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun