Prezident: "Bölgədə Türkiyənin razılığı olmadan heç bir məsələ həll oluna bilməz" - [yenilənir]

Prezident: "Bölgədə Türkiyənin razılığı olmadan heç bir məsələ həll oluna bilməz" - [yenilənir]
16 Oktyabr 2020
Mətni dəyiş

“Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə atəş açırlar. Bunu biz Birinci Qarabağ müharibəsində də görmüşdük”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı Tərtərə hücumu şərh edərkən bildirib.

“Xocalı soyqırımını törədən həmin bizim mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusunun qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə müqavimət göstərə bilmirlər onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd təcavüz nəticəsidnə bizim insanlarımız həlak oldu: həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu da insanların dəfn mərasimində iştrak etdiyi bir yerdir. Hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı, görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir. Bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Bir də onu göstərir ki, bu namərd təcavüzlər bizi yolumuzdan döndərə bilməz”, - Prezident qeyd edib.

İlham Əliyev qeyd edib ki, atəşkəsdən sonra 3 dəfə Hadrud qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər

“Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, - Prezident əlavə edib.

Onun sözlərinə görə, İrandan Ermənistana silahların göndərilməsi ilə əlaqədar bizdə hər hansısa məlumat yoxdur.

“Əksinə, deyə bilərəm ki, İran və Gürcüstan öz hava məkanlarını və quru yollarını Ermənistana silahların daşınması üçün bağlayıb. Buna görə biz İran və Gürcüstan hökumətlərinə təşəkkürümüzü bildirmək istəyirik. Gürcüstan ərazisindən, bizdə olan məlumata görə, bu gün mülki, eyni zamanda karqo təyyarələri ilə qaçaq silah göndərilib. Ermənistan bu yaxınlarda bir təyyarə alıb. Bizdə olan məlumata görə, hardasa 30-40 milyon dollara alıb. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş adamlarıdır: Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə qarşı vuruşmaq üçün muzdlu kimi Qarabağa göndərirlər. Eyni zamanda bu İL-76 təyyarəsinin alınması Ermənistana imkan verdi ki, qaçaq yolla bu silahları Ermənistana ötürsün”, - ölkə başçısı söyləyib.

İlham Əliyev deyir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir.

“Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimzidir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi” ,-deyə, Prezident əlavə edib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal edilmiş bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkamlar qurub.

“Bəzi yerlərdə onların 4 müdafiə xətti var. Çox böyük beton plitələri var, sığınacaqları, bunkerlər var. Bir də ki, o bölgənin relyefi elədir ki, o həm də təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu böyük çətin və risklidir. Ona görə bu istiqamətdə bizim gördüyümüz işlər böyük qəhrəmanlıq tələb edirdi. Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib”.

İlham Əliyev deyib ki, islamofob qüvvələrlə yanaşı Türkiyənin gücündən narahat olan dairələr var, çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il öncəki Türkiyə deyil. Biz də bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilir.

“Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyisə diktə edə bilməz. Nəyəsə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını layiqincə dünyada müdafiə edir. Öz təhlükəsizliyini bildiyi kimi təmin edir. Beynəlxalq ictimaiyyətdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan heç bir məsələ həll oluna bilməz: Suriya, Liviya, Aralıq dəniz... Bunlar onu göstərdi. Ona görə Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir bunlar. Türk dünyası üçün Türkiyə böyük bir gücdür və bizi gücləndirir. Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər Türkiyədən qarşıdurmanın ilk saatlarında konkret mesajlar gəlməsəydi, bəlkə də, başqaları bu işlərə qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dayan”, “Azərbaycan yalnız deyil”, “Türkiyə sonacan Azərbaycanın yanındadır” dedi. Əlbəttə ki, Azərbaycan-Türkiyə birliyi çox ciddi geosiyasi faktora çevrilib. Bizim birliyimiz hər hansısa ölkənin maraqlarına qarşı deyil. Biz sadəcə öz maraqlarımızı müdafiə etməliyik, öz yolumuzu davam etdiririk, heç kimsə bizim işimizə qarışmasın, heç kim bizim daxili məsələlərimizə burnunu soxmasın – biz bunu istəyirik”, - dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, Sülhməramlıların göndərilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür. Baza prinsiplərində də bu məaqm öz əksini tapıb, amma bu münaqişənin həllinin ən son mərhələsində mümkündür

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun