“Nizami” Kino Mərkəzi Mel Qibsonun filmlərinin nümayişindən imtina edib

“Nizami” Kino Mərkəzi Mel Qibsonun filmlərinin nümayişindən imtina edib
27 Oktyabr 2020
Mətni dəyiş

Bakıdakı “Nizami” Kino Mərkəzi amerikalı aktyor, kinorejissor və prodüser Mel Gibsonun Dağlıq Qarabağ münaqişəsilə bağlı qərəzli fikirlərini pisləyib.

Bununla əlaqədar kinoteatr onun iştirakı ilə filmlərin nümayişindən imtina edib.

“Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Gibson işğal altında olan Dağlıq Qarabağda yaradılmış separatçı rejimi dəstəkləyən yazı dərc etdirib.

Bu yazı göstərir ki, Gibsonun Azərbaycan tarixi və müasirliyi, Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlaması, Xocalı soyqırımı, ermənilərin Azərbaycan ərazilərində törətdikləri saysız-hesabsız vəhşiliklər barədə heç bir təsəvvürü yoxdur və təəssüf ki, Azərbaycan xalqı və onun vətənpərvərliyi haqqında heç bir şey bilmir”, - məlumatda deyilir.

“Nizami” Kino Mərkəzi qeyd edir ki, Amerika aktyorunun yazısını işğala və terrora dəstək kimi qəbul edir və bundan sonra onun iştirakı ilə heç bir filmi nümayişə qəbul etməyəcək”, - məlumatda bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun