Meksika Los Zetas narkotik kartelinin liderini ABŞ-a təhvil verir

Meksika Los Zetas narkotik kartelinin liderini ABŞ-a təhvil verir
21 Oktyabr 2020
Mətni dəyiş

Meksika hökuməti Los Zetas narkotik kartelinin yaradıcılarından biri Hayme Qonzález Duranı ABŞ-a təhvil verməyə hazırlaşır.

12 ildir Meksikada həbsdə olan Duran 8 il əvvəl öldürülən Heriberto Lazkano-Lazkano ve 3 il əvvəl ABŞ-a ekstradisiya edilən Migel Treviño Moralesdən sənra Los Zetas kartelinin liderlərindən üçüncüsüdür.

Duranın ABŞ-da sui-qəsd, kokain və marixuana kimi narkotik maddə ticarəti və çirkli pulların yuyulması cinayətləri də daxil olmaqla, bir çox ittihamlarla üzləşəcəyi gözlənilir.

ABŞ-ın Narkotiklə Mübarizə İdarəsinin ən çox axtarılanlar siyahısında olan Duran Meksikanın Sonoradaki Hermosillo federal həbsxanasında saxlanır.

Narkotiklə Mübarizə İdarəsi bazar ertəsi axşama qədər Meksika məhkəməsinin Duranın ABŞ-a gətirilmə yolunun təmizləməsinə cavab olaraq hələ bir açıqlama verməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun