Məcburi köçkünlərin vahid məlumat bazası yaradılır

Məcburi köçkünlərin vahid məlumat bazası yaradılır
22 Oktyabr 2020
Mətni dəyiş
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Mərkəzləşdirilmiş Vahid Məlumat Bazasını yaradacaq.
'Turan' agentliyinin məlumatına görə, proses 2020-ci ilin sonuna qədər yekunlaşacaq.
Bu tədbirin görülməsi üzrə tenderin qalibi "Scanner” şirkəti elan edilib.
Dövlət satınalmalarının vahid elektron portalına əsasən, bazanın yaradılması 135,4 min manat, yaxud 79,6 min dollara başa gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun