İsrail Qəzza zolağından atılan iki raketdən birini zərərsizləşdirib

İsrail Qəzza zolağından atılan iki raketdən birini zərərsizləşdirib
24 Oktyabr 2020
Mətni dəyiş

İsrailin raketdən müdafiə sistemi cümə axşamı gecə Qəzza zolağından atılan iki raketdən birini vurub.

İsrail ikinci raketlə nə baş verdiyinə, zərər və itkilərin olub-olmadığına dair heç bir məlumat verməyib.

İsrail Qəzzadan edilən bütün hücumlara görə Həmasın məsuliyyət daşıdığını deyir.

İsrail hərbçilərinin bu həftənin əvvəlində bildirdiyinə görə, yeraltı sensorlar tərəfindən Qəzza zolağındakı yaraqlılarnın İsrailə keçən çəpərin altında dərin bir tunel qazdığı aşkar edilib.

Raket əleyhinə müdafiə sisteminin Qəzzadan atılan raketi zərərləşdirməsi xəbəri tunel barədə açıqlamadan bir neçə saat sonra verilib.

İsrail ordusu çərşənbə axşamı qırıcı təyyarələr və hərbi vertolyotlarla Həmas silahlı qruplaşmasına aid yeraltı infrastrukturu vurduğunu bildirib.

Hər iki hücum zamanı itkilər barədə məlumat verilməyib.

Həmas fələstinlilərə Qəzzada rəhbərlik edir və İsraillə üç müharibə aparıb. Fələstin silahlılarının vaxtaşırı Qəzzadan İsrailə raket atması İsrailin tərəfindən sərt reaksiya ilə qarşılanır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun