İranda "Qarabağa dəstək" aksiyalarının bir çox iştirakçısı həbs edilib

İranda "Qarabağa dəstək" aksiyalarının bir çox iştirakçısı həbs edilib
21 Oktyabr 2020
Mətni dəyiş

Təbriz və İran Azərbaycanının digər şəhərlərindəki nümayişlər zamanı bir çox milli fəal və güneyli vətəndaş həbs edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi və Ərk cəmiyyətinin yayımladığı məlumatına görə, Təbrizdə Rıza Zareyi, Əkbər Mühaciri, Rəsul Rəzəvi, Hüseyn Məhəmmədiyan, Məhəmməd Mahmudi, Hüseyn Əmir Hicri, Siyamək Kuşi, Sara Turi, və Şahin Bərzigər həbs edilib.

Həmin xəbərə görə, İsa yeganə, İbrahim Fərəczadə, Əli Hac Məhəmmədi, Nasir Əhmədi, Məhəmməd Kərimi aksiya zamanı döyülərək həbs edildiyi, daha sonra müvəqqəti olaraq sərbəst buraxıldığı qeyd edilib.

Aydın Zakiri və Rza Seyid Nuri isə Meşkinşəhr (Xiyav) və Parsabad (Muağan) şəhərlərində nəzarət altına alınıb. Ərk cəmiyyəti həmin fəalların mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldığını bildirib.

Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərininin sakini olan xanım İffət Nikbəxt və Mənsur Seyfinin həbs edildiyini bildirilir.

İbrahim Cəngi azərbaycanlı tələbə fəalı və Yağış tələbə jurnalının redaktoru təhsil aldığı İranın Gilan vilayətinin Rəşt şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. O, digər fəallarla birlikdə əllərində Norduz sərhəd gömrüyünün qapadılmasını tələb edən məzmunu ilə pankartlar nümayiş etdirmişdilər.

Bəxtiyar Behnəmun, azərbaycanlı milli fəal, Urmiyəda aksiyaların baş verməsindən əvvəl oktyabrın 16-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi və naməlum bir yerə köçürüldüyü bildirilir.

Təbrizdə bazar günü axşam saat 5 radələrində başlanan "Qarabağa dəstək" aksiyası polisin sərt müdaxiləsi ilə dağıdılıb. Bir çox insan həba edilib.

Əldə edilən məlumata görə, milli fəalların "Qarabağa dəstək" mitinqinə çağırışdan sonra İranın Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri bir çox fəala zəng edərək, onları həbs etməklə hədələyib, bir neçəsi isə Ettelaat İdarəsinə çağırılıb.

Daha öncə oktyabrın 1-də İran Azərbaycanının şəhərlərində keçirilən "Qarabağa dəstək" mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alındığı barədə məlumat yayılmışdı. İkinci aksiya oktyabrın 16-da və İranın Ermənistanla Norduz gömrüyünün qapadılması tələb edilən şüarlar səsləndirilmişdi.

Sosial şəbəkələrdə yayımlanan video-görüntülərə görə, Rus markalı KAMAZ yük maşınlarının Norduz gömrüyündən Ermənistana göndərilməsi xalqın təpkisində səbəb olmuşdur. İlkin mitinqdə İran Azərbaycanının əksər şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə baş tutan kütləvi etirazlar İran hökuməti tərəfindən dağıdılıb və bir çox sayda insan həbs edilib.

İkinci aksiyada “Qarabağ bizimdir, bizim olacaq”, “Norduz Gərək bağlana”, ermənini himayət cinayətdir cinayət”, Azərbaycan milləti çəkəməz bu zilləti”, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi şüarlar səsləndirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun