İlham Əliyev: "Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək” - [yenilənir]

İlham Əliyev: "Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək” - [yenilənir]
15 Oktyabr 2020
Mətni dəyiş

“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.

Bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, - deyə Prezident İlham Əliyev bildirib.

İlham Əliyev deyib ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə də döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

“Həm şimal, həm cənub, həm şərq istiqamətlərində artıq strateji yüksəkliklər bizim nəzarətimizdədir”, - Prezident vurğulayıb.

Prezident deyib ki, yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcək. “Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib və Cəbrayıl şəhərinin kəndlərinin böyük qismi artıq bizdədir”, - ölkə başçısı vurğulayıb. İlham Əliyev bildirib ki, Ermənistan öz təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və öz xoşu ilə qalan torpaqlardan çıxmalıdır. “Çünki qan tökülməsin və bundan sonra sülh yolları ilə bu məsələ həll edilsin”, - deyə Prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə,

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun