Hadrutda "Bu Mersedes xəyalımdır" deyən əsgərə Mersedes hədiyyə etdilər

Hadrutda "Bu Mersedes xəyalımdır" deyən əsgərə Mersedes hədiyyə etdilər
24 Oktyabr 2020
Mətni dəyiş

İşğaldan azad olunan Hadrud yaşayış məntəqəsində çəkiliş zamanı "Mersedes" markalı avtomobili görüb "bu mənim xəyalımdır" deyən əsgərə Mersedes markalı avtomobil hədiyyə ediblər. Bu barədə avtomobili hədiyyə edən Fərid Novruzi özünün feysbuk hesabında yazıb. "Əziz dostlar, sözümüz sözdür! Hadrut uğrunda döyüşən əsgər qardaşımın xəyal etdiyi, iki qapılı Mersedes markalı maşını Allahın lütfü ilə aldım. Əslində, Sizin köməyinizlə bu məlumatın ona çatdırılmasını xahiş etmək istərdim, lakin yəqin ki, qardaş döyüş bolgəsindədir və fikrini yayındırmayaq. Allah onun qoluna qüvvət versin və Qarabağ qazisi olaraq sağ salim evinə-ailəsinə qaytarsın, bizə də bu hədiyyəni ona bilavasitə verməyi nəsib etsin. Amin! Maşının nömrəsi də özəldir Zəfər Yolunda, 028-də (Xocavəndin avtomobil seriyasıdır)", - deyə Fərid Novruzi qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun