Göy qurşağı məktəbi

Göy qurşağı məktəbi
27 Oktyabr 2020
Mətni dəyiş

Bir çox uşaq üçün qapanma zamanı təhsil almaq çətinliklər yaratmışdı. Bir ailə var ki, bu problemi yaradıcılıq yolu ilə həll edib.

Hər səhər səkkiz yaşlı İksel Blandon Makintayer evindən çıxır, arxa həyətində on addım atır və məktəbə çatır.

Sentyabr ayında İksel kiçik şəxsi məktəbə yiyələndi. Bundan əvvəl o, hər ikisi evdə işləyən valideynləri ilə mətbəxi bölüşürdü. İksel üçün bu, böyük çətinlik oldu, çünki o, autizmdən əziyyət çəkir və fikrini cəmləşdirməkdə çətinlik çəkirdi.

“Mətbəx, bilirsiniz ... Onun bütün oyuncaqları oradadır və fikri yayınır. Onun fikri cəmləşdirməsi nə qədər çətin olsa da, bu, nəhəng bir fərq yaradır” - deyə, İkselin anası bildirib.

Əvvəlcə İkselin valideynləri hazır anbar almaqla qızları üçün kiçik ofisə çevirmək istədi. Ancaq tapa bildikləri ən ucuzu ailənin ödəyə bilməyəcəyi təxminən 2500 dollara başa gələcəkdi. Beləliklə, yerli bir Facebook qrupunun köməyi ilə onu sıfırdan qurmağa qərar verdilər.

((Jessica Harris, İdarəçi, Yerli Facebook Qrupu)) ((00: 54-))

“O, kiminsə odun və bu kimi əşyaların qırıntıları olub olmadığını, ya da hər hansı bir boya və ya başqa bir şeyin olub olmadığını soruşurdu ... Elə bil, ehtiyacım olanda əvvəllər oradan boya əldə etmişəm. Sadəcə, bilirsiniz, qonşunuza kömək etmək kimi bir şey!” - deyə, yerli Facebook qrupunun admini Cessika Harris qeyd edib.

Mak Makintayer işə başlamaq üçün bir neçə şey əldə edəcəyini ümid etdiyini söylədi, amma bunun əvəzinə bir anbar qurmaq üçün lazım olan hər şey tapıldı.

‘Biri mənə təməl və döşəmə üçün bütün ağacları verdi. Məncə, divarların üçü zibil qutusundandır” - deyə, İkselin atası Mak Makintayer bildirib.

İksel valideynlərinə kiçik məktəbi tikməyə kömək etdi və indi nəticəni sevir.

“Pəncərələri sevirəm, döşəməni sevirəm, stolu sevirəm! // ((04: 34-)) Və göy qurşağı damım var!” - deyə, İksel qeyd edib.

Kiçik məktəbin adı Göy qurşağı ibtidai məktəbidir. Makintayerlərin qonşuları İkselin məktəb loqosunu hazırlayaraq onu kubokun üzərinə həkk elədilər.

"Göy qurşağı rəngləri olan damı qoyduqdan sonra onlara göy qurşağı ibtidai məktəbi yazılan fincan düzəldən adam tapdım" - deyə, qonşu Suzan Tompson-Qaynz qeyd edib.

Sinif yoldaşları üçün darıxsa da, İksel yeni məktəbini sevir.

“O, adi məktəbə getdiyi kimi eyni vaxtda gedir. Geyinir, məktəbə gedir, səhər iclasına qatılır və hər şeyi edir. Fərq yalnız orada uşaqların olmamasıdır” - deyə, İkselin atası vurğulayıb.

İkselin valideynləri bu qədər kömək alacağını gözləmirdilər. Qonşular etiraf edirlər ki, balaca bir qızın xoşbəxtliyini təmin etmək üçün heç vaxt belə birləşməmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun