Etirazçılar Ruzvelt və Linkolnun Oreqon şəhərindəki heykəllərinı yıxıb

Etirazçılar Ruzvelt və Linkolnun Oreqon şəhərindəki heykəllərinı yıxıb
14 Oktyabr 2020
Mətni dəyiş

Portlandda etirazçılar Kolumb Günündə Oreqon Cəmiyyətinin Tarixinə qarşı hiddətini keçmiş prezidentlər Teodor Ruzvelt və Abraham Linkolnun heykəllərini yıxmaqla nümayiş etdirib.

Etiraz təşkilatçıları XV əsr italyan kəşfiyyatçısı Kristofor Kolumbun adını daşıyan federal bayramın adını dəyişərək, ona "Yerli Xalqların Qəzəb Günü" adı verib. Belə ki, müdafiəçilər Kolumbu Amerikadakı yerli əhaliyə qarşı əsrlər boyu davam edən soyqırıma səbəb olan bir şəxsiyyət kimi görür.

Bazar günü gecə bir qrup insan rəsmi olaraq "Teodor Ruzvelt-Möhkəm Atlı" adlı heykəlin ətrafına zəncir dolayıb. Xəbər agentlikləri abidənin üstünə qırmızı boya atıldığını, heykəlin təməlinə isə əridici maddə yerləşdirildiyini bildirib.

Heykəl axşam saat 9-dan bir az əvvəl kütlə tərəfindən yıxılıb. Qrup daha sonra diqqətini Lincoln heykəlinə yönəldib ki, təqribən səkkiz dəqiqə sonra həmin heykəli yıxıb.

Tarixçilər Ruzveltin yerli amerikalıları düşmən kimi gördüyünü deyirlər. Bir zamanlar o, belə deyib: "Mən yaxşı hindlinin ölmüş hindli olduğunu düşünməmişdim, amma inanıram ki, onların hər 10 nəfərindən 9-u elədir."

Etirazçılar Lincoln heykəlinin təməlinə boya ilə "Dakota 38" yazıb. Bu, Linkolnun Minnesotada ağ mühacirlərə qarşı zorakılıqlarda iştirak edən 38 dakotalının asılmasına verdiyi qərara istind edir.

Heykəlləri yıxdıqdan sonra kütlə Oreqon Cəmiyyətinin Tarixi binasının pəncərələrini qırıb və daha sonra Portland Dövlət Universiteti şəhərciyindəki Xalq Təhlükəsizliyi ofisinə doğru irəliləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun