Ermənistanın atdığı raket Qəbələdə yeniyetməni yaralayıb

Ermənistanın atdığı raket Qəbələdə yeniyetməni yaralayıb
22 Oktyabr 2020
Mətni dəyiş

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən buraxılmış ballistik raketin partlaması nəticəsində Azərbaycanın Qəbələ rayonunda bir yerli sakin yaralanıb, bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

“Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir”, deyə məlumatda bildirilir.

Cəbhə zonasından 150 km. Məsafədə olan Qəbələ rayonunda “SKAD” raketinin partlaması nəticəsində 17 yaşlı Qəbələ sakini Murad Əmirbəyov yaralanıb, beş yaşayış evinə ziyan dəyib.

Bundan başqa, ermənilər paytaxtı içməli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəməri istiqamətində raket atıblar. Bu raket Azərbaycanın HHM qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun