Ermənilər Tərtəri yenə atəşə tutub

Ermənilər Tərtəri yenə atəşə tutub
6 Oktyabr 2020
Mətni dəyiş

Cəbhədə döyüşlər davam edir. 

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Səhər saatlarından başlayaraq ermənilər Tərtər şəhərinə 130-dan çox top mərmiləri atıb. Nəticədə mülki evlərə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun