Daha 1 qəsəbə və 21 kənd işğaldan azad edildi

Daha 1 qəsəbə və 21 kənd işğaldan azad edildi
22 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından daha bir sıra yaşayış məntəqələrini işğaldan azad edib. 

Bu barədə prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat yayıb. Ölkə başçısının paylaşımında deyilir:

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun