Dağlıq Qarabağdan Ermənistana silah daşındığı xəbər verilir

Dağlıq Qarabağdan Ermənistana silah daşındığı xəbər verilir
29 Oktyabr 2020
Mətni dəyiş

Sputnik agentliyinin verdiyi xəbərə görə Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) son günlərdə Dağlıq Qarabağdan Ermənistana qanunsuz silah daşınması hallarını üzə çıxarıb.

Nazirliyin mətbuat xidməti bildirir ki, ayrı-ayrı hallarda bu prosesə kriminal elementlərin qoşulduğu müşahidə edilib.

Bu da qeyd olunur ki, silahların daşınmasına hərbi əməliyyatların iştirakçıları kömək edirlər.

MTX belə hərəkətlərdən çəkinməyə çağırır, çünki bu, xüsusilə də indiki vəziyyətdə “Ermənistan və “Artsax” (Dağlıq Qarabağın – red) vətəndaşlarının müdafiəsinə birbaşa ziyan vurur”.

Xəbərdə deyilir ki, Ermənistan təhlükəsizlik xidmətlərinin əməkdaşları və polis vəziyyəti diqqətlə müşahidə edirlər.

MTX bəyan edir ki, sözü gedən hallara hüquqi qiymət veriləcək və belə fəaliyyətlə məşğul olanlar sərt şəkildə cəzalandırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun