COVID-19 peyvəndləri insanları maskalardan azad etməyəcək

Ekspertlərin dediyinə görə, COVID-19 peyvəndinin gəlişi insanların maskalarını ata biləcəyi demək olmayacaq.

Üz örtükləri, sosial məsafə və ciddi şəkildə əl yuma hələ bir müddət tələb olunacaq. Vaksinlərin nə qədər yaxşı olduğu və qorumanın nə qədər davam edəcəyi də daxil olmaqla, bir sıra faktorlarla bağlı sullar vaksinlər vurulduqda cavablandırılacaq.

Yeni peyvəndlərin təsiri 100% olmaya bilər.

Vanderbilt Universiteti Tibb Mərkəzinin yoluxucu xəstəliklər üzrə professoru Villiam Şaffner peyvəndlərin zireh olacağı ehtimalının mövcud olmadığını deyib.

Məsələn, son illərin qrip mövsümündə peyvəndlərin ən keyfiyyətlisinin 60%, ən pisinin isə 10% effektiv olduğu müəyyən edilib.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası COVID-19 peyvəndinin effektivliyini 50% müəyyən edib.

Qismən təsirli peyvəndlər ilk növbədə ön sırada olan səhiyyə işçiləri və ya yüksək risk qruplarına vurulacaq. Buraya ürək, ağciyər və ya böyrək xəstəliyi, həmçinin diabet və piylənmə xəstələri daxildir.

Administrasiyanın baş elmi işçisi, Georgetown Universitetinin professoru Cesse Qudmanın dediyinə görə, peyvəndlər ümüumi əhali üçün düzgün olmaya bilər.

“Şübhəsiz ki, 300 milyon insanın ideal şəkildə immunizasiyası mümkün deyil. Hətta hamıya peyvənd vurulsa belə, bu, virusun yayılmasını dayandırmaq üçün əhalidə kifayət qədər immunitet yarada bilməyəcək” – deyə, o əlavə edib.

Ekspertlər hesab edir ki, mükəmməl olmayan bir peyvəndin belə olması, insanların daha az ağır xəstəliklərə düçar olmaması və xəstəxanalardan uzaq qalmalarına yardım edə bilər.

Lakin Qudman deyir ki, peyvənd vurulan insanlar da virusu yaya bilər.

İki şirkət noyabr ayının sonlarına qədər peyvəndlərinin təhlükəsiz və təsirli olub-olmadığını göstərən klinik sınaqların ilkin nəticələrini gözlədiklərini bildirib.