Ciddədəki Fransa konsulluğuna hücum olub

Ciddədəki Fransa konsulluğuna hücum olub
29 Oktyabr 2020
Mətni dəyiş

Fransanın Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Konsulluğunun mühafizəçisi yerli vətəndaşın bıçaqlı hücumuna məruz qalıb.

Səudiyyə Ərəbistanındakı Fransa səfirliyinin məlumatına görə, xəstəxanaya çatdırılan zərərçəkənin həyatına təhlükə yoxdur.

Səfirlik bu hadisəni qətiyyətlə pisləyərək ölkədəki Fransa vətəndaşlarını “fövqəladə ehtiyatlı” olmağa çağırıb.

Bu hücumun səbəbləri barədə nə Səudiyyə rəsmiləri, nə də Fransa səfirliyi hər hansı ehtimal irəli sürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun