Cenevrədə Azərbaycan Kəlbəcərin, Laçının və Ağdamın azad edilməsi məsələsini qaldıracaq - İlham Əliyev

Cenevrədə Azərbaycan Kəlbəcərin, Laçının və Ağdamın azad edilməsi məsələsini qaldıracaq - İlham Əliyev
29 Oktyabr 2020
Mətni dəyiş

29 oktyabrda Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin görüşündə Laçın,  Kəlbəcərin və Ağdam rayonunun  bir hissəsinin Azərbaycana qaytarılması məsələsi qaldırılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə  müsahibəsində deyib.

Dağlıq Qarabağ ətrafındakı 5 rayonun (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Ağdam ) Azərbaycana qaytarılması məsələsi artıq aktual deyil. "Biz praktik olaraq birinci mərhələni başa vurmuşuq və buna görə də indi erməni tərəfi təməl prinsiplərə sadiq olduğunu bildirərsə, dərhal Laçın və Kəlbəcər rayonlarının və Ağdam rayonunun  işğal altında olan hissəsini Azərbaycanın nəzarətinə qaytarmaq  barədə danışacağıq" dedi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun