Canlı bloq: "Qoşunlarımız müxtəlif istiqamətlərdə irəliləməyə nail olub" - [yenilənir]

Canlı bloq: "Qoşunlarımız müxtəlif istiqamətlərdə irəliləməyə nail olub" - [yenilənir]
17 Oktyabr 2020
Mətni dəyiş

17:15

Düşmənə məxsus növbəti zirehli texnikalar məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. [embed]https://youtu.be/hR32uhcyI1A[/embed] 16:04 Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib. Bu barədə Azərbaycan Mdüfiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. [embed]https://youtu.be/4YaOG3JFX2M[/embed] 14:50 Müdafiə Nazirliyi düşmən mövqelərinə raket-artilleriya zərbələrinin endirilməsinin görüntülərini yayımlayıb. Azərbaycan Müdafiə Nazirliyinin müvafiq videosunu təqdim edirik. [embed]https://youtu.be/SIURVdfhrgA[/embed] 14:40

Oktyabrın 17-si gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

"Düşmənin növbəti PUA-sı Hava Hücumundan müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib", - məlumatda bildirilib.. 13:30

Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin müvafiq videosunu təqdim edirik.

[embed]https://youtu.be/jUB3TLnpiWY[/embed]

12:15

"Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib"

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

12:11

Azərbaycan Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin məhv edilməsinin görüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

[embed]https://youtu.be/UtMoQ0IkdH8[/embed]

11:02

Cəbhənin müxtəlif istiqamətlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

[embed]https://youtu.be/km66-Ird25Q[/embed]

09:00

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 08:57

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

08:53

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirliyindən bildirilib ki, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub. Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan var.

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun