Bişkekdə fövqəladə vəziyyət tətbiq edilir

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov bu gün saat 20:00-dan Bişkek ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, rejim 21 oktyabr saat 08:00-a qədər qüvvədə olacaq.

Qırğızıstan Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev paytaxtın komendantı təyin edilib.

Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargahına asayişi qorumaq və silahlı toqquşmaların qarşısını almaq üçün Bişkekə ordu göndərmək tapşırılıb.

Əvvəlki məqaləEmmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Növbəti məqalədəJurnalistin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb