Baş prokuror: “Ermənilərin hücumu nəticəsində 91 mülki şəxs ölüb, 400-ü yaralanıb”

Baş prokuror: “Ermənilərin hücumu nəticəsində 91 mülki şəxs ölüb, 400-ü yaralanıb”
30 Oktyabr 2020
Mətni dəyiş

"Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb, 400 nəfər yalaralanıb".

Bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir. Kamran Əliyev əlavə edib ki, hücumları nəticəsində 7 ailə həlak olub.

Onun sözlərinə görə, 4 uşaq hər iki valideynini itirib.

K.Əliyev həmçinin vurğulayıb ki, hücumlar nəticəsində Gəncədə 26, Goranboyda 22, Ağdamda 7, Bərdədə 27, Füzulidə 3, Beyləqanda 2, Ağcabədidə 1 mülki şəxs həlak olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun