Azərbaycanda 52 şagird, 16 təhsil işçisi koronavirusa yoluxub

Azərbaycanda 52 şagird, 16 təhsil işçisi koronavirusa yoluxub
13 Oktyabr 2020
Mətni dəyiş

Oktyabrın 12-də Azərbaycanda orta məktəblərdə 52 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün 2 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 52 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

Oktyabrın 12-də 10 məktəb və 15 sinif distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə 20 məktəb, 55 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun