Azərbaycan XİN azərbaycanlı və türk diplomatlara qarşı təhdidləri şərh edib

Azərbaycan XİN azərbaycanlı və türk diplomatlara qarşı təhdidləri şərh edib
19 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan XİN son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdidləri şərh edib.

“Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür”, - Azərbaycan XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib. Terrorçuluq Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib və bunların arasında 24 türk diplomatı qətlə yetirilib.

1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə olunub”, - o deyib.

“Ermənistan Silahlı Qüvvələrinin bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhəddində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən  yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.

Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarıcların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik”, - L.Abdullayeva vurğulayıb.

O xatırladıb ki, 1961-ci il diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması onu qəbul edən ölkənin məsuliyyətindədir

“Biz xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək”, - L.Abdullayeva qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun