Azərbaycan mülki əhaliyə atılan raketləri niyə zərərsizləşdirə bilmir? - ekspert şərh edir

Azərbaycan mülki əhaliyə atılan raketləri niyə zərərsizləşdirə bilmir? - ekspert şərh edir
31 Oktyabr 2020
Mətni dəyiş

Sentyabrın 27-dən Azərbaycan-Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Döyüşlərin gedişində iki ölkənin hərbi sənayesindəki ciddi fərqlər müzakirələrə səbəb olub.

Azərbaycan tərəfi həm yerdən, həm də havadan Ermənistana məxsus xeyli hərbi texnikanın və canlı qüvvənin məhv edilməsinin görüntülərini yayır. Görüntülərdən də məlum olur ki, xüsusən, İsrail və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları döyüşün taleyini böyük ölçüdə həll edir. Ermənistan tərəfi isə demək olar ki, ancaq mülki əlahiyə yönəlmiş vuruşlarda dırnaq arası nəticələr əldə edə bilər.

Bəs görəsən, ümumilikdə vəziyyət necədir? Məsələni hərbi ekspert Azad İsazadə ilə müzakirə etdik. 

Azad İsazadə deyir ki, həm Azərbaycan, həm də Ermənistan xüsusən son illərdə ciddi şəkildə silahlanırdılar, ancaq silahlanmada ciddi fərqlər var idi. Ekspertin sözlərinə görə, Ermənistan hərbi sənaye baxımından Rusiyadan tam asılı idi. 

Ermənstanın SU-35 döyüş təyyarələri də var, amma...

"Azərbaycan Türkiyədən, Rusiyadan, İsraildən, Ukraynadan, Belarusdan və müxtəlif ölkələrdən həm bahalı, həm də müasir silahlar alırdı. Ermənistan isə faktiki olaraq yalnız Rusiyadan silah ala bilirdi, o da kreditlə və çox da müasir olmayan silahlar. Rusiyanın Ermənistana verdiyi döyüş texnikaları içində müasir hesab oluna biləcək tək "İskəndər" raketləridir ki, ondan da istifadə etməyiblər.

Bir də SU-35 döyüş təyyarələri də var. Ancaq məsələ ondadır ki, Ermənistandan bu təyyarələri istifadə edə biləcək pilot yoxdur, yəni, ruslar bu təyyarələri idarə etmək üçün ermənilərə hələ tam təlim keçməyiblər". Ancaq o da istisna edilmir ki, bu təlimləri keçmək üçün Ermənistana gələn rus pilotlar sabah ehtiyac olduqda, özləri o təyyarələrdən Azərbaycana qarşı istifadə edə bilərlər", - deyə hərbi ekspert Azad İsazadə bildirib. 

[caption id="attachment_19685" align="alignleft" width="1261"] Azad İsazadə[/caption]

Ekspert deyir ki, Ermənistanın mülki əhaliyə yönəltdiyi raketlərin də qarşısının tam ölçüdə alınmaması Azərbaycanın müdafiə sənayesindəki boşluqlardan irəli gəlmir. Onun sözlərinə görə, Azərbaycan hərbi sənayesində hava hücumundan müdafiə olunma üçün xeyli lazımi texnika var. 

"Gəncəyə, Mingəçevirə, Bərdəyə, atılan raketlərin bir neçəsi göydə zərərsizləşdirilib. Ancaq bir neçəsi də özünün dırnaqarası məqsədinə çatıb. Bunun müxtəlif səbəbləri var. Birincisi məsafə məsələsidir ki, yaxın ərazi hədəfə alındıqda raket havada az məsafə qət edir və onun məqsədə çatmaq ehtimalı daha çoxdur. Uzaq məsafə olanda, onların qarışını almaq daha rahat olur. Məsələn, Mingəçevirdə bu mümkün olmuşdu. Bərdəyə isə YARS-dan atəş açılmışdı və bu qurğu eyni anda bir neçə mərmi buraxır. Onlardan bir neçəsinin qarışını almaq mümkün olsa da, hamısının qarşısını almaq olmur. Dediyim kimi, həm məsafə, həm də bir neçə raketin eyni anda buraxılması işi çətinləşdirir", - deyə hərbi ekspert Azad İsazadə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun