Azərbaycan-Gürcüstan sərhəddinin delimitasiyası üçün 1936-37-ci illərin xəritəsindən istifadə edəcəklər

Azərbaycan-Gürcüstan sərhəddinin delimitasiyası üçün 1936-37-ci illərin xəritəsindən istifadə edəcəklər
19 Oktyabr 2020
Mətni dəyiş

Xəbər verildiyi kimi, Gürcüstanda ölkə ərazilərinin Azərbaycana verilməsinə yardım göstərməkdə ittiham olunan məmurlar həbs edilib. Bu, Gürcüstanın xəritəsi aşkar edildikdən sonra baş verib, guya Gürcüstan ərazisinin bir hissəsinin qoparılmasına yardım etmək üçün bunu gizlədiblər. Tbilisinin Bakı ilə razılaşmalara yenidən baxılmasının vacibliyini bəyan etdiyi və bununla bağlı əsaslandığı  topoqrafik xəritələr Rusiyada “xüsusi əməliyyat” zamanı aşkara çıxarılıb. Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili oktyabrın 16-da “İmedi” telekanalında məlumat verib.

Oktyabrın 7-də bu ölkənin Baş Prokurorluğu sərhədlərin demarkasiyası və delimitasiyası üzrə Dövlət Komissiyasının keçmiş üzvləri İveri Melaşvili və Natalya İliçevaya qarşı cinayət işi qaldırıb. Həmin gün onları həbs ediblər. Məhz onlar Keşikçi Dağ monastırının (David Qareci) bir hissəsinin yerləşdiyi ərazinin Azərbaycana verilməsinə yardım ediblər.

Bildirilir ki, onlar 1936-1937-ci illərin mühüm dövlət xəritəsini gizlədiblər və bu xəritəyə əsasən komissiya Gürcüstan üçün əlverişli şərtlərlə danışıqlar apara bilərdi.

Məmurlardan götürülən xəritə ekspertiza üçün beynəlxalq ekspertlərə verilib. Onlar xəritəni öyrəniblər və öz fikirlərini açıqlayıblar. David Qareci monastrının yerləşdiyi Keşikçi Dağının ərazisilə bağlı xəritə və sənədləri nəzərdən keçirdikdən sonra onlar belə qənaətə gəliblər ki, 1:200 000 miqyaslı xəritə Gürcüstanın mübahisəli monastr kompleksi  ərazisinə olan iddialarını təsdiq edir. Bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya brifinqdə bildirib.

“Ekspertlərin rəylərində qeyd olunur ki, bu qərar 1996-cı ildə ratifikasiya edilmiş və Gürcüstan sərhəddinin demarkasiyası üçün baza sənəd olan Azərbaycan və Gürcüstan arasında sərhəd haqqında son ikitərəfli sazişdir”, - Darsaliya deyib.

Tbilisili bloqer Berg...mann bildirib ki, Azərbaycanın Ermənistanla ağır müharibə apardığı bir vaxtda ərazi və monastr mövzusunu qaldırmaq yersizdir.

Azərbaycan-Gürcüstan sərhəddinin dəqiqləşdirilməsi üzrə birgə komissiyanın işi Qarabağda müharibə dövründə dayandırılıb və hərbi əməliyyatlar getdiyi müddətdə komissiya üzvləri çətin ki toplaşsınlar. Bununla belə, Tbilisidə 1936-37-ci illər xəritəsinə əsaslanan yeni iddiaları masa üzərinə qoymaq üçün Azərbaycanla sərhədlərin delimitasiyası üzrə işlərin tezliklə bərpa olunacağına ümid edirlər.

Gürcüstanda hökumət səviyyəsində hesab edirlər ki, demarkasiya və delimitasiya komissiyasının işi üçün xəritələrin tərtib edilməsi  zamanı təqsirləndirilən şəxslər 1938-ci ilin xəritəsindən istifadə etməyiblər. Onlar komissiyanı 1970-ci illərdə düzgün tərtib edilməmiş xəritədən istifadə etməyə məcbur ediblər. Nəticədə Gürcüstan komissiya tərəfindən razılaşdırılmış 13 sahə üzrə 3,5 min hektar ərazini və David-Qareci monastr kompleksinin ərazisinin bir hissəsini itirə bilərdi.

Gürcüstanla Azərbaycanın ümumi dövlət sərhəddinin uzunluğu 440 kilometrdir. Onun üçdə bir hissəsi hələ də delimitasiya olunmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun