Azərbaycanda Gürcüstan parlamentinə seçkilər üzrə səsvermə keçirilməyəcək

“Ümumi karantin rejiminə görə bəzi ölkələrdə Gürcüstan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün seçki məntəqələri açılmayacaq”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya brifinqdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Yunanıstanla bağlı bu cür qərar verilib: “Bu bizim üçün çox təəssüfedici faktdır, çünki biz əminik ki, həm Azərbaycan, həm də Yunanıstanda “Gürcü Arzusu” inamlı qələbə qazanacaq”.

Qeyd edək ki, bundan öncə Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə bağlı ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsinin yaradılması barədə qərar qəbul etmişdi.

Əvvəlki məqaləAlmaniyada ermənilərin yürüş-mitinqinə icazə verilməyib
Növbəti məqalədəHikmət Hacıyev: “Ermənistan rəhbərliyinin Azərbaycana qarşı hərbi cinayətlər törətməsi tam təsbit olunub”